Rumıniya Mədəniyyəti Günü münasibətilə Bakıda (Binəqədi Rayonu) George Enesku abidəsi önündə çiçək qoyma mərasimi baş tutdu.
Məşhur bəstəkar, skripkaçı, piyanist, dirijor və müəllim olan George Enesku (1881-1955) günümüzdə Rumıniyanın ən əhəmiyyətli musiqiçisi kimi geniş tanınmaqdadır. Enesku bəstəkarlığı çox erkən yaşlarından sınaqdan keçirməyə başlamışdır. 13 yaşında olarkən, o artıq Vyana Konservatoriyasını və 18 yaşında Paris Konservatoriyasını bitirmişdir.
İlk əsərləri, xüsusən də onun iki Rumıniya Rapsodiyası (1901, 1902) Rumıniya xalq musiqisindən ilhamlanmışdır. Sonrakı əsərləri – „Oedipe” operası (1936) və orkestr üçün suitaları onu dövrünün ən yaradıcı və mürəkkəb bəstəkarlarından biri kimi nüfuzunu möhkəmləndirmişdir. Enesku ömrünün sonuna kimi bəstələməyə, konsertlər verməyə (əsasən skripka ifaçısı kimi) və dirijorluq etməyə davam etmişdir. Günümüzdə Avropanın ən böyük musiqi festivallarından biri onun adını daşıyır – George Enesku Beynəlxalq Festivalı və Yarışı – və hər il Buxarestdə keçirilir.
********************************************
Flower laying ceremony at the statue of George Enescu in Baku (Binagadi District), on the occasion of Romanian Culture Day.
George Enescu (1881-1955), a famous composer, violinist, pianist, conductor and teacher, is widely acknowledged today as Romania’s most important musician. Enescu began experimenting with composing at a very early age. At 13, he had already graduated the Vienna Conservatory and at 18 – the Paris Conservatory. His early compositions, notably the two Romanian Rhapsodies (1901, 1902), were deeply inspired by the Romanian folk music. The later works – the opera Oedipe (1936) and the suites for orchestra – have cemented his reputation as one of most creative and complex composers of his time. Enescu continued composing, giving concerts (particularly as violin player) and conducting until the end of his life. Nowadays, one of the biggest music festivals in Europe is named after him – the George Enescu International Festival and Competition, held annually in Bucharest.